Genres You Will Love
Moods: Instrumental Folk: Free-folk Folk: Modern Folk World: World Traditions

By Location
Azerbaijan

Links
RITM dance group Website RITM dance group in Instagram Youtube channel facebook

Ritm Dance Group

Azerbaijan professional National Dance Group.
Azerbaycan milli reqsi.
Azerbaijan dance music

“Ritm” reqs qrupu, 2011 ci ilde yaranmishdir.
Bakı Dövlət Universitetinin rəqs kollektivinin 4 üzvü ilə yaradılan bu qrupun əsas məqsədi milli rəqsimizi ölkəmizdə və ölkədən kənarda təbliğ etməkdir.

Qrup İlk olaraq Azərbaycan qədim xalq rəqslərini yeni aranjımanla işlyib tamaşaçılara nümayiş etdirmişdir. Bu rəqslərin arasında 2011 ci ildə “Dilşadı”, “Şəki” və “Şampanski” rəqslərindən ibarət ilk Popurri, 2012 cü ildə “Nağara Şou” kompozisiyası üçün “Yallı”, “Ay lolu”, “Sarı Gəlin”, “Ruhani”, 2013 cü ildə “Oğuzu” və “Məzəli” rəqslərindən ibarət modern Ritmlərlə zəngin bir popurri işlənilmiş və izləyicilərə təqdim olunmuşdur. Bundan başqa

Bəstəkar rəqslərindən Xanlar Cəfərovun “Ayxanı” rəqsi, Tofiq Quliyev “Naxçıvani” rəqsi, Mülüm Maqomayev “Azərbaycan” mahnısı, Arif Məlikovun Məhəbbət əfsanəsi Baletindən “Türk Qızlarının Rəqsi” əsərlərindən yaradıcılığda istifadə olunmuşdur.

Ritm rəqs qrupu fəailyyəti ərzində daim Azərbaycan Milli rəqs sənətinin standartlarını qorumuş və çərçivədən kənara çıxmamış, daim yeniliklərə imza atmışdır.

Ritm rəqs qrupu fəaliyyət ərzində dövlət, koorperativ tədbirlər və konsertlərə dəvət almışdır.

2013 cü ildə mart 18 i Ritm rəqs qrupu 2 yaşı ilə əlaqədar Rəşid Behbudov adına Mahnı Teatrında ‘’İkinci Həyat’’ adlı ilk solo konsertini keçirtmişdir.

2013 sentyabr 1 Xaricdə Təhsil Almış və Məzun olmuş Tələbələrin Beynəlxalq Forumu İctimai Birliyinin (ASAIF) XI Yay Forumunda, 2013 Oktyabrın 18 Gürcüstanın Siqnaqi şəhərində “Azərbaycan-Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı”. 2013 cü il 30 iyul “Azerbaijan Golf Challenge Open”, 2013 cü il 22 İyul”İFSC Climbing World Cup Baku”, Azərbaycan Boks Federasiyası və Azərbaycan Futbol Federasiyası tədbirlələrinin Bədii hissəsində müxtəlif proqramlarla uğurlu çıxışları olmuşdur.


Read more...